Ermənistanın baş naziri Fransaya səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa lideri Emmanuel Makronun dəvəti ilə Parisə işgüzar səfər edəcək.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən "İnterfax" məlumat yayıb.

Bildirilir ki, Paşinyan səfər çərçivəsində Makron, Fransanın biznes ictimaiyyətinin nümayəndələri və erməтi diasporu ilə görüşəcək.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31