Sergey Sobyanin yenidən Moskvanın meri seçilib

Rusiyanın Moskva şəhərinin meri postuna namizəd, şəhərin hazırkı rəhbəri Sergey Sobyanin seçkilərdə qalib gəldiyini elan edib.

Bu barədə Sobyaninin və onun seçki qərargahının saytında yerləşdirilən məlumatda bildirilir.

"Seçki mətqələri bağlanıb. Səslər hesablanır. "Exit poll"arın nəticələri açıqlanıb. Dostlar, dəstəyə görə çox sağolun! Bu bizim ümumi qələbəmizdir", - deyə məlumatda qeyd olunur.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31