Yerevanda hökumət binasının qarşısında 49 yaşlı kişi özünü yandırıb

Yerevanda 49 yaşlı A.P. adlı erməni vətəndaş hökumət binasının qarşısında özünü yandırıb.

Onun vəziyyəti ağır olaraq qalır.

Bildirilib ki, A.P.-nin bədəninin və nəfəs yollarının 57 faizi yanıb. O, süni nəfəsalma aparatına qoşulub. Yanıq 2-4-cü dərəcəlidir.

Hadisənin səbəbi barədə məlumat verilməyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31