Parisdə 7 nəfərə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb

Fransanın paytaxtı Parisdə naməlum şəxs insanlara bıçaqla hücum edib.

Trend-in məlumatına görə, naməlum şəxs 7 nəfər müxtəlif dərəcəli xəsarətlər yetirib.

İnsident yerli vaxtla təxminən saat 22:45-də 20-ci dairədə teatrın yaxınlığında baş verib. Hücum edən şəxs polislər tərəfindən saxlanılıb.

İlkin məlumata əsasən, insident terror aktı kimi araşdırılmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31