Hindistanda BIMSTEC-in təlimləri başlayır - Kim qatılmayacaq?
10 Sentyabr 2018 11:52 DünyaTarixdə ilk dəfə olaraq BIMSTEC (Banqladeş, Hindistan, Myanma, Şri-Lanka və Tailandın daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı) ölkələrinin Hindistanda birgə təlimləri başlayır. Təlimlər sentyabrın 10-16-da Maxaraştra ştatının Puna şəhərində keçiriləcək.
Daha öncədən Nepal və Tailand təlimlərdə iştirak edə bilməyəcəkləri barədə bəyan etdiyindən təlimlərə yalnız müşahidəçilərini göndərəcəklər. Digər ölkələr isə 30 hərbçidən ibarət qrupla təmsil olunacaq.
Təlimlərdə iştirak edənlər şəhər şəraitində terrorçulara qarşı birgə mübarizə üsullarını öyrənəcəklər.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31