Moldova prezidentinin qəzaya düşdüyü anın görüntüləri yayılıb - VİDEO
9 Sentyabr 2018 20:42 DünyaMoldova Dövlət Mühafizə Xidməti ölkə prezidenti İqor Dodonun içərisində olduğu maşının qəzaya düşdüyü anın görüntülərini yayıb.
Videodan yük maşınının qarşı yola çıxdığı, ardınca isə nəqliyyat vasitəsinin dövlət başçısının olduğu avtomobilə çırpıldığı və nəticədə onu yoldan kənara atdığı görünür.
Qəza Straşenı - Kalaraş yolunda baş verib. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31