Bu gün Rusiyada 22 regionun başçısı və Moskva meri seçilir
9 Sentyabr 2018 17:48 DünyaBu gün Rusiyada vahid seçkilər günüdür.
Rusiya vətəndaşları ölkənin 22 regionunun başçısını və 16 regionda qanunvericilik orqanlarına üzvləri seçəcəklər.
Bundan başqa, Rusiya paytaxtının sakinləri Moskva merini seçirlər. Moskvanın rəhbəri vəzifəsinə seçilmək üçün beş namizəd, o cümlədən hazırkı mer Sergey Sobyanin mübarizə aparır.
Seçkiləri 50 minə yaxın əcnəbi müşahidəçi izləyir. Vahid səsvermə Moskva vaxtı ilə saat 23:00-da başa çatacaq./Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31