Abxaziyanın baş naziri Gennadi Qaquliya yol qəzasında ölüb.
"Report"un məlumatına görə, bu barədə REN TV məlumat yayıb.
Hadisənin başvermə şəraiti dəqiqləşdirilir.
70 yaşlı G.Qaquliya 1995-1997-ci illərdə Abxaziyanın baş naziri olub. Bu ilin 25 aprelində o, yenidən həmin vəzifəni icra etməyə başlayıb.