Azyaşlı ilə cinsi əlaqədə olan ikiqat olimpiya çempionu ömürlük idmandan uzaqlaşdırıldı
9 Sentyabr 2018 11:09 DünyaAmerikalı idmançı Stiven Lopes bundan sonra heç bir yarışda iştirak edə bilməyəcək.
"Ölkə.Az" xəbər verir ki, taekvando üzrə üzrə ikiqat olimpiya çempionu azyalşı qız ilə cinsi əlaqədə olduğuna görə belə bir qərar qəbul edilib. O, ömürlük olaraq idmandan uzaqlaşdırılıb.
Qərarı "U.S. Center for SafeSport" agentliyi qəbul edib. Agentlik etika və qayda-qanun məsələləri ilə məşğul olur. Məlum olub ki, 2000-ci ildə Lopes qonşuluğunda yaşayan 14 yaşlı qızla cinsi əlaqəyə girib.
Qeyd edək ki, Lopes 5 Olimpiya Oyununda iştirak edib və ABŞ-a 2 qızıl, bir bürünc medal gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31