Paşinyan Putini Ermənistanın daxili işlərinə qarışmamağa çağırdı
8 Sentyabr 2018 21:49 DünyaErmənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə ümidvar olduğunu bildirib ki, Rusiya-Ermənistan münasibətləri bundan sonra da iki ölkənin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq prinsiplərinə əsasən qurulacaq.
Paşinyan bu məsələlərin həll olunacağına əminliyini ifadə edib:
"Biz ittifaq münasibətlərimizin maraqlarına, ölkələrimizin maraqlarına hörmət edilməsinə, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə hörmət edilməsinə əsaslanacağıq".
O əlavə edib ki, iki ölkənin əlaqələrinin bütün potensialını açmağa çalışmaq lazımdır. Paşinyanın sözlərinə görə, iki ölkənin mediasında pessimist məqalələrə rəğmən, qarşılıqlı tərəfdaşlıq dinamik inkişaf edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31