Rusiya Bolqarıstandan donuz əti idxalını müvəqqəti dayandırıb
7 Sentyabr 2018 18:38 DünyaRusiya bu gündən başlayaraq Bolqarıstandan diri donuz və donuz əti idxalını müvəqqəti dayandırıb.
Buna Bolqarıstanın bir sıra bölgələrində Afrika taunu virusu ilə bağlı yaranmış vəziyyət səbəb olub.
Bolqarıstanda ilk Afrika taunu faktı avqustun 31-də qeydə alınıb.
Qeyd olunur ki, Varna şəhəri yaxınlığında fərdi təsərrüfatda 7 donuzdan 4-ü tələf olub.
Qadağanın müddəti açıqlanmayıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31