CNN-dən inanılmaz səhv: Tehranda 2 Putin, 1 Ruhani

CNN telekanalının Tehranda Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli Suriya zirvəsi haqqında hazırladığı material qalmaqal yaradıb.

Bu barədə Rusiya mətbuatı informasiya yayıb.

Məlumata görə, kanal liderlərin zirvəsinin təqdim olunduğu materialda subtitrlərdə səhvə yol verib. Belə ki, Suriya məsələlərinə həsr olunmuş Tehran sammitində "Putin, Ruhani və Putin çıxış edir" başlığı görənləri heyrətə salıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31