Latviyada prezident seçkiləri açıq səsvermə yolu ilə keçiriləcək?

Bu gün Latviya Seymi prezident seçkilərinin açıq səsvermə yolu ilə keçirilməsini nəzərdə tutan Konstitusiyaya dəyişiklikləri bəyənib.

Seymin 82 üzvü qanun layihəsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf olub.

Qanun layihəsinə ikinci oxunuşda baxılması sentyabrın 11-dək təxirə salınıb. Sonra Seym düzəlişlərə ikinci və üçüncü oxunuşlarda təkrar baxacaq.

Dəyişikliklər əvvəlcə Latviya Regionlar Alyansı tərəfindən təklif olunub. Həmrəylik, milli alyans və vəhdət partiyasının nümayəndələri də bu dəyişiklikləri bəyəniblər.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31