Ermənistan prezidenti: "Paşinyanın Putinlə görüşündən xüsusi nəsə gözləmək lazım deyil"

Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib.

Jurnalistlərin bu görüşdən gözləntiləriylə bağlı sualına A.Sarkisyan görüşdən xüsusi nəsə gözləmək lazım olmadığını bildirib.

Ermənistan prezidenti N.Paşinyan və V.Putin arasında görüşün çox yaxşı və dostluq ab-havasında keçəcəyinə və bu cür görüşlərin mütəmadi olaraq baş tutacağına əminliyini ifadə edib.

Ermənistan-Rusiya münasibətlərindəki gərginlik barədə sualı şərh edərkən A.Sarkisyan bu münasibətlərdə uzunmüddətli və dərin gərginlik gözləmədiyini bildirib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31