Belarus və Türkiyə milli valyutalarda ticarətə keçmək niyyətindədir

Belarus və Türkiyə milli valyutalarda ticarətə keçmək niyyətindədir.

Bunu Belarusun Türkiyədəki səfiri Andrey Savinıx deyib.

Səfir bildirib ki, bu il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dolları keçə bilər:

"Artıq ticarətdə Türkiyə lirəsi və Belarus rublu ilə hesablaşmaq vaxtı çatıb".

Diplomatın sözlərinə görə, milli valyuta ilə hesablaşmalar ticarət dövriyyəsinin daha da artmasına xidmət edəcək.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31