"Apple" şirkəti "Shazam"ı aldı
7 Sentyabr 2018 16:13 DünyaAvropa Birliyi "Apple" şirkətinin "Shazam"ı aldığını təsdiq edib və razılıq verib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Avropada fəaliyyət göstərən böyük miqyaslı şirkətlərin birləşməsi və satışı AB Komissiyasının səlahiyyətləri arasındadır. Rəqabətə zərər verəcək hallar aşkar edildiyi təqdirdə AB Komissiyası birləşmə və satışlara mane olur.
"Apple"ın İngiltərə mərkəzi isə "Shazam"ı almasının rəqabətə mənfi təsir etməyəcəyini bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31