Savaş qızışdı: Zaxarçenkonun ətrafı Moskvaya qaçdı

Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko qətlə yetirildikdən sonra onun yaxın ətrafı ölkədən qaçıb.

"İnterfaks" agentliyi qaçanların "baş nazir"in müavini Aleksandr Timofeyev və Zaxarçenkonun müşaviri Aleksandr Kazakov olduğunu yazıb.

Onlar Rusiyaya gediblər. Bu şəxslərin Moskvaya təhlükəsizlik məqsədiylə getdikləri açıqlanıb.

Qeyd edək ki, zaxarçenkonun qətlindən sonra hakimiyyət uğrunda savaş qızışıb. Separatçıların lideri vəzifəsinin icrası hazırda müvəqqəti olaraq "parlamentin sədri" Denis Paşulinə həvalə edilib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31