“O səs”in yeni münsifi Seda oldu

TV 8-də yayımlanan məşhur "O səs Türkiyə" mahnı müsabiqəsində Yıldız Tilbenin yerinə münsif olacaq şəxsin adı məlum olub. 

Yeni jüri kürsüsündə tanınmış müğənni Seda Sayan əyləşəcək. O, bu sezonda özünə tələbələr seçərək birincilik uğrunda mübarizə aparacaq. 

Qeyd edək ki, bununla da, verilişdə münsiflər Seda Sayan, Bəyazit Öztürk, Hadisə və Murad Boz olacaq.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31