Paşinyan gələn həftə Fransaya səfər edəcək
7 Sentyabr 2018 14:10 DünyaErmənistanın baş naziri Nikol Paşinyan sentyabrın 14-də Fransaya səfər edəcək.
Bu barədə Fransa Erməni Cəmiyyətləri Əlaqələndirmə Şurasının həmsədri Murad Papazyan bildirib.
Onun sözlərinə görə, həmin gün Nikol Paşinyanın Fransa Prezidenti Emanuel Makronla görüşü keçiriləcək.
Daha sonra qonaq Fransanın erməni diasporu nüməyəndələri ilə görüşəcək. Bu görüşdə Ermənistanın daxili məsələləri, habelə Fransada yaşayan ermənilərlə bağlı məsələlər müzakirə olunacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31