Qondarma rejimdə üsyan: Rəhbər qeyri-legitim elan edildi
7 Sentyabr 2018 14:02 DünyaDonetsk separatçılarının "baş prokurorluğu" gözlənilməz bəyanatla çıxış edib.
Prokurorluq hazırda qondarma rejimin rəhbəri səlahiyyətlərinin müvəqqəti icraçısı olan Dmitri Trapeznikovun bu vəzifəyə təyinatının qanuna uyğun olmadığını bildirib.
Belə ki, qondarma rejimin qanunvericiliyinə əsasən, rəhbər olmadığı təqdirdə bütün səlahiyyətlər Nazirlər Şurası sədrinin birinci müavininə keçir. Lakin bu vəzifə ümumiyyətlə "respublikada" olmadığına görə, "baş prokurorluq" ölkə ərazisində hələlik yeganə legitim orqanın "parlament" olduğunu bəyan edib. Məhz buna görə də "prokurorluq" "parlament"dən qondarma qurumun rəhbər səlahiyyətlərinin müvəqqəti icraçısını seçməyi, "nazirlər şurası" yaratmağı və seçki keçirməsini istəyib.
Qeyd edək ki, Trapeznikov qondarma rejimin rəhbəri Aleksandr Zaxarçenkonun qətlindən sonra vəzifəyə gətirilib. O, bu vaxta qədər "baş nazirin müavini" vəzifəsini icra edib.