Kuzbasda mədəndə qəza, fəhlələr təxliyə edilir

Kuzbasda Tixov adına mədəni su basıb. Hazırda yerin altında olan fəhlələrin təxliyəsi aparılır.

Məlumata görə, qəza zamanı mədəndə 255 nəfər olub. Son dəqiqə üçün 42 nəfərin çıxarıldığı bildirilir.

Fövqəladə xidmətdən verilən məlumata görə, xəsarət alan yoxdur.

Bildirilir ki, mədəndə hasilat deyil, plan işləri aparılırmış.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31