London yenidən Kremlə qarşı hərəkətə keçir
7 Sentyabr 2018 12:51 DünyaSergey Skripalın zəhərlənməsi olayı ilə bağlı London Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir.
Bu sözləri Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Karen Pirs deyib.
"Biz partnyorlarımızla hansı addımların atılacağını müzakirə edəcəyik", - deyə diplomat bildirib.
Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və onun qızı Yuliya Skripalı İngiltərənin Solsberi şəhərində zəhərləyiblər.
London bu cinayətdə Moskvanı ittiham etsə də, Kreml bu iddiaları rədd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31