"ABŞ-da bu hadisənin yaşanması çox kədərlidir" - Tramp

Bunları görmək çox kədərlidir. Çox sayda insanın bu məsələyə aid olması və bu hadisələrin uzun zamandan bəri yaşanması kədərli haldır. 70 illik bir tarixi var. Baş verən hadisələr katolik kilsəsi üçün mənfi bir durumdur.

Bunu ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatında katolik keşişin mindən çox uşağa qarşı cinsi zorakılıq etməsinə münasibət bildirərkən deyib.

Məhkəmə 300-dən çox keşişin 1950-ci ilin ortalarından bəri uşaqları istismar etdiyini, hesabatda bəzi sənədlərin itdiyini və cinsi istismara məruz qalan bəzi uşaqların danışmaqdan qorxduğunu bəyan edib

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31