Rusiyadan ABŞ-a konkret təklif

Biz ABŞ-a təklif etmişik ki, Suriyada kimyəvi silahların hazırlandığı ehtimal edilən təsisatları müəyyən etsin və oraya KSQT-nin nümayəndələrini göndərsin.

Bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Bizim amerikalı həmkarlarımıza konkret təkliflərimiz var. Hədəflərin siyahısını tərtib edin və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (KSQT) təqdim edin", - deyə diplomat bildirib.

Nebenzya eyni zamanda əlavə edib ki, qeyri-qanuni silahlı qruplaşmalar Suriyada hökumətin nəzarətində olmayan marşrutlar üzrə zəhərli maddələr və bunların hazırlanmasında istifadə edilən avadanlıqlar daşıyırlar.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31