9 ölkənin ordusu "savaş oyunu"na başlayır: ABŞ...

Xəbər verdiyimiz kimi, Misir və ABŞ-ın xüsusi təyinatlı qüvvələri birgə terrorizmlə mübarizə təlimi keçirəcək.

Misir ordusunun sözçüsü polkovnik Tamer Taleb Rifai təlim çərçivəsində terrorizmlə mübarizə sahəsində əməli və nəzəri dərslərlə yanaşı, əl istehsalı partlayıcılar, əl bombası, terror təşkilatlarına aid sursatlar barədə məlumat veriləcəyini bildirib.

O, təlimin ABŞ və Misir arasında strateji və təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirməyə kömək edəcəyini deyib.

Qeyd edək ki, təlim Misirin şimal-qərbində yerləşən Əl-Alemeyn bölgəsində Məhəmməd Nəcib hərbi bazasında 8-20 sentyabr tarixləri arasında keçiriləcək. "Parlaq Ulduz 2018" hərbi təlimində ABŞ və Misirlə yanaşı, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Fransa, İngiltərə, Yunanıstan və İtaliya da iştirak edəcək.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31