Tehran sammiti nə vəd edir?
7 Sentyabr 2018 12:12 DünyaBu gün dünyanın əsas diqqəti məhz Tehrana yönəlib desək yanılmarıq. Söhbət İran İslam Respublikasının paytaxtında keçiriləcək Türkiyə-Rusiya-İran zirvə görüşündən gedir. Hər üç ölkə prezidentinin qatılacağı Tehran görüşündə regional və beynəlxalq aləmdə baş verən proseslərlə yanaşı, Suriyada cərəyan edən hadisələr də müzakirə ediləcək. Rusiyanın təşəbbüsü ilə Qazaxıstandan start götürən bu təşəbbüsün Tehranda davam etməsi sözügedən format çərçivəsində əməkdaşlığın nisbətən uğurlu olduğu görüntüsünü yaratsa da, lakin hələ də Suriyada arzu edilən nəticənin əldə edilməməsi Ankara-Moskva-Tehran formatının qarşısına qoyduğu hədəflərə o qədər də asanlıqla çata bilməyəcəyindən xəbər verir. Çünki elə Tehran zirvə görüşü ərəfəsində meydana çıxan İdlib məsələsi üçlü formatda müəyyən incikliklərə yol açıb.
Tehran zirvə görüşündə tərəflərin asanlıqla razılığa gələ biləcəyi məsələ iqtisadi sahədə əməkdaşlıq və Qərbin, Birləşmiş Ştatların təzyiqlərinə qarşı birgə mübarizə ola bilər. Çünki hər üç ölkə Vaşinqtonun iqtisadi təzyiqlərindən əziyyət çəkir. Məhz bu kimi təzyiqlər nəticəsində Türkiyə, Rusiya və İranda ciddi maliyyə böhranı yaşanır, bu ölkələrin milli valyutaları Birləşmiş Ştatlar dolları qarşısında ciddi dəyər itirir. Ona görə də Ankara, Moskva və Tehranın məhz iqtisadi sahədə ortaq məxrəcə gələ biləcəkləri daha çox ehtimal edilir. Təsadüfi deyil ki elə əksər ekspertlər də bu qənaətdədirlər.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə Tehran zirvə görüşünü şərh edərkən deyib ki, Suriya üzrə Astana formatının davamı olaraq Tehranda Rusiya, Türkiyə, İran dövlət başçılarının sammiti öz işinə başlayır. Onun sözlərinə görə, Astanada danışıqlarının kuliminasiyası olan Tehran sammiti Suriyada müxalifətin məğlubiyyətinə, həmçinin Türkiyənin mövqeyinin zəifləməsinə aparacğını demək mümkündür: "Qeyd edim ki, Əsədə qarşı müxalifətin son qalası olan və Astana formatına uyğun olaraq Türkiyənin nəzarətində olan İdlibin Rusiya və İran tərəfindən mühasirəsi və hücumun planlaşdırılması Anakaraya qarşı Moskva və Tehranın birgə siyasi hücumudur. Qeyd edim ki, İdlibdən əvvəl Suriyanıın cənub-qərbində silahlı müxalifətə qarşı hərbi əməliyyatlardan sonra Rusiya və İranın İdliblə yönələcəyi bəllii idi. Vurğulamaq lazımdır ki, ötən ay Türkiyə təhlükəsizlik rəhbərlərinin bir neçə dəfə Moskvaya səfərində İdlib üzrə aparılan danışıqlar görünür, Türkiyənin istəkləri Rusiya tərəfindən ciddi qəbul edilməyib. Hazırda İdlibdə 70 min döyüşçünün olduğu qeyd edilir. Burada Türkiyənin dəstək verdiyi və formalaşdırdığı Azad Suriya Ordusu cəmləşib". Məhəmməd Əsədullazadə qeyd edib ki, Türkiyə Tehran sammitində İdlibi danışıqlarında mövqeyindən geri çevrilməsə, hücumla İdlib Əsədin nəzarətinə keçəcək: "Taktiki baxımından Ankara Rusiya, İran üşbucağında demək olar ki, itirən tərəf olacaq. Birinci, Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusu zəifləyəcək. İkinci, İdlib nəzarətdən çıxacaq. Üçüncü, Türkiyə Suriya siyasətində təklənəcək.
Ümumiyyətlə, İdlibin nəzarətə alınması, burada radikal və mülayim silahlı müxalifətin sıradan çıxarılması ilə Əsədin Suriyanı 90 faizinə nəzarətə almasına və müxalifətin demək olar ki, sıradan çıxamsı ilə nəticələnəcək. Tehran sammiti ərəfəsində Rusiya hərbi kosmik qüvvələri İdlibə hava hücumları təşkil etdi. Bu hücum Türkiyəyə mesaj və fakt qarşısında qoymaq idi. Bununla Tehran görüşündə Türkiyə rəhbərliyini güzəştə getməyə məcbur etməkdir. Yəni Türkiyə istəsə də, istəməsə də biz İdlibdə hərbi əməliyyat keçirəcəyik. Üç liderin görüşündə müzkirə mövzusu İdllib və Suriyadakı vəziyyət, Birləşmiş Ştatların sanksiyaları olacaq. Qeyd edim ki, Tehran sammitindən sonra hər üç liderin birgə görüşü mümükün olmayacaq, etimad və qarşılıqlı koordinasiya İdlibin süqutu ilə sona çata bilər. Türkiyənin milli təhlükəsizlik strategiyasına Rusiya və İran xəyanət etdi. Türkiyənin burada maraqları nəzərə alınmasa, Ankara tədricən üçlü ittifaqdan ayrılacaq, İngiltərə, Fransa ilə yaxınlaşmaq kursuna sadiq qalacaq". Politoloq hesab edir ki, hazırda Ankara ilə Vaşinqton arasında düşmənçilik davam etməsinə baxmayarq Vaşinqton Menbicdə Türkiyənin maraqlarını nəzərə aldı: "Amma strateji yaxınlıq edən Moskva-Tehran və Ankaranı çıxdaş.etməkdədirlər. Qeyd edim ki, İranın əsas məqsədi Türkiyəni Suriydan uzaqlaşdırmaqdı. Türkiyə üçün ən doğru addım ənənəvi siyasətinə geri dönməkdi. İdlibə Rusiya və İran Türkiyənin etirazlarına rəğmən hücum edəcəklər, sadəcə Tehran konfransı Birləşmiş Ştatlara əzələ və psixoloji bir görüntüdür. Türkiyənin bu görüşdə nəsə əldə edə biləcəyi mümükün deyil. Prinsipcə, Türkiyənin maraqları nəzərə alınmayan bu konfransın xüsusi çəkisi önəm kəsb etməyəcək, Burada Moskva və Tehranın mövqeləri güclənəcək. Türkiyə İdlib Əsədin nəzarətinə keçdikdən sonra şimali Suriyada möhkəmlənməyə başlayacaq. Və, Türkiyə rəhbərliyi tədricən Moskva və Tehrandan uzaqlaşacaq".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, hazırda Anakaranın Avropa dövlətləri ilə əlaqələrini qayadaya salması davam edir: "Türkiyə əvvəlki siyasi kursuna qayıtmalı olacaq. Göründüyü kimi, Rusiya, İran Türkiyə strateji yaxınlaşması mümükün olmur. Türkiyəni bacardıqca hər iki ölkə Suriyadan çıxartmağa çalışır. Yenə də rəsmi Ankaranın strateji səhvi Rusiya, İranla yaxınlaşmaqda oldu".
Süleyman