ABŞ Hindistana vaxt qoydu: "Əgər bunu etməsəniz..."
7 Sentyabr 2018 12:16 DünyaABŞ ümid edir ki, Hindistan digər ölkələr kimi noyabrda İrandan neft alışını tam dayandıracaq.
Bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
"Vaşinqton noyabrda İrana qarşı sanksiyaları işə salacaq və biz bununla bağlı hər kəsi, o cümlədən hindistanlıları xəbərdar etmişik. ABŞ-ın sanksiyalarına hörmət etməyənlər sanksiyalara məruz qalacaq", - Pompeo bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31