Nikola şok: Eks-nazirin Rusiyada axtarışı ləğv edildi
7 Sentyabr 2018 12:06 DünyaErmənistanın keçmiş müdafiə naziri general-leytenant Mikael Arutyunyanın Rusiya ərazisində axtarışına qadağa qoyulub.
"İnterfaks" agentliyi Rusiya rəsmilərinin bu barədə qərarı Arutyunyan haqqında İrəvan tərəfindən açılmış cinayət işinin araşdırılmasından sonra qəbul etdiyini yazıb.
Arutyunyanın Rusiya ərazisində axtarışı ləvğ edilsə də, MDB ərazisində axtarışı hələ də qüvvədədir.
Qeyd edək ki, İrəvanda Arutyunyana qarşı cinayət işi açılıb. O, 1 mart qırğınlarında iştirakda ittiham edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31