Hadisə bacısını məhkəməyə verdi
7 Sentyabr 2018 12:26 DünyaTürkiyəli pop ulduz Hadisə və bacısı Hülya Açıkgöz məhkəməlik olub. Müğənni klip və bir çox layihələrini həyata keçirən H. Açıkgözlə münasibətlərini sonlandırıb.
Hadisə bacısının onun adından istifadə edərək haqsız qazanc əldə etdiyini iddia edib.
İfaçı bunun üçün məhkəməyə müraciət edib və maddi dəyərin geri qaytarılmasını istəyib.
İlk məhkəmə prosesi sentyabrın ikinci həftəsində baş tutacaq.
"Qafqazinfo"



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31