İranda 5,5 bal gücündə zəlzələ olub

İranın cənub-şərqində 5,5 maqnitudada zəlzələ baş verib.

Bildirilib ki, təkanlar Bakı vaxtı ilə saat 10:23-də qeydə alınıb. 

ABŞ Geologiya Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Kirmanşah ostanının Bam şəhərindən 126 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Ölən və yaralananlar barədə məlumatlar yoxdur.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31