Fransada bütün istilik elektrik stansiyaları bağlanacaq
7 Sentyabr 2018 01:18 DünyaFransa prezidenti Emmanuel Makron ölkədə bütün istilik elektrik stansiyalarının bağlanacağını deyib.
Prezident bununla da Fransanın dünyada bu tip stansiyalardan qurtulan ilk dövlət olacağını bildirib.
"Biz Fransadakı bütün istilik elektrik stansiyalarını bağlayacağıq. Biz bunu edəcək ilk ölkə olacağıq", - deyə Makron "Twitter"də yazıb.
Prezidentin sözlərinə görə, bu qərarın əsas üstünlüyü ekologiya sahəsində öhdəliklərə sadiqlik nümayiş etdirməkdir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31