"Donbasda hakimiyyət uğrunda savaş başlayır" - Strelkov

Qondarma Donetsk Xalq Respublikasında hakimiyyət uğrunda böyük mübarizə başlayacaq.

Bu iddia ilə qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Strelkov çıxış edib. Onun sözlərinə görə, yaxın aylarda başlayacaq prezidentlik uğrunda mübarizənin əsas iştirakçıları Kremlin təyin etdiyi şəxslər və Moskvanın dəstəyindən istifadə edən yerli döyüşçülər olacaq. O həmçinin Donbasa Aleksandr Zaxarçenkonun da həyat yoldaşının rəhbərlik edə biləcəyini iddia edib. Onun sözlərinə görə, hakimiyyət uğrunda savaşa hazırkı lider Trapeznikov da qoşulacaq.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31