Ermənistandakı aksiyalara sahibkarlar da qatılıb

Ermənistanın Armavir vilayətinin üzüm istehsalçıları təkrar etiraz aksiyasına çıxıblar. Onlar üzümün emal müəssisələrinə qəbul qiymətlərini 140 dramdan 160 dramadək artırılmasını tələb edirlər. Etiraz aksiyasının iştirakçılarını Armavir vilayətinin rəhbəri Qaqik Miricanyan qəbul edib. Vilayət rəhbəri növbəti illər üzrə layihələndirmələrdə ən aşağı qiyməti nəzərə alacaqlarını barədə təklif səsləndirib.

Qiymətlərin aşağı olmasından şikayət edənlərdən biri erməni hökümətinə 3 variant təklif edib. O, qeyd edib ki, özəlləşdirilən müəssisələr geri dövlət balansına qaytarılmalı və yeni rəqabət yarada biləcək üzüm emalı müəssisələri yaradılmalıdır. Və ya Gürcüstandakı kimi dövlət üzüm istehsalı sahəsinə subsidiyalar ayrılmalıdır. Bununla da sahibkar verdiyi 140 dramdan əlavə dövlət 20 dramı ödəyəcək.

Üzüm istehsalçıları həmçinin 200 min ton üzüm istehsalı barədə rəsmi rəqəmlərin yalan olduğunu da vurğulayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31