Stoltenberq: "NATO Makedoniyanı üzv qəbul etməyə hazırdır"
6 Sentyabr 2018 18:56 Dünya"NATO Makedoniyanı alyansın 30-cu üzvü kimi qəbul etməyə hazırdır".
Bunu Makedoniyada səfərdə olan NATO baş katibi Yens Stoltenberq deyib.
Baş katib bildirib ki, bu qərarı Makedoniya xalqı referendum zamanı verməlidir.
Qeyd edək ki, sentyabrın 30-da Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi ilə bağlı referendum keçiriləcək.
Ölkənin adının dəyişəcəyi təqdirdə NATO-ya üzv olması üçün heç bir maneə qalmayacaq.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31