Böyük Britaniya "Brexit"dən sonra Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
6 Sentyabr 2018 18:53 DünyaBöyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra ("Brexit") Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
Bu barədə "Sky News" Britaniya Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniya Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi işi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir və bununla bağlı qanun hazırlamaq fikrindədir.
Hazırda isə Böyük Britaniya İttifaqın digər ölkələrinin də razılıq verməsindən sonra sanksiya tətbiq edə bilər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31