Efiopiya 20 ildən sonra Eritreyada yenidən səfirliyini açıb
6 Sentyabr 2018 17:51 DünyaEfiopiya 20 ildən sonra Eritreyanın paytaxtı Əsmərada yenidən səfirliyini açıb.
Rəsmi açılış mərasimində Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd iştirak ediblər.
Xatırladaq ki, 1998-ci ilin mayında baş vermiş sərhəd münaqişəsi səbəbindən iki ölkə arasında diplomatik münasibətlər pozulub. Bu il iyulun 8-də Efiopiyanın Baş naziri A.Əhməd Əsmərada Eritreya Prezidenti ilə görüşərək ərazi mübahisəsinin nizamlanmasına dair danışıqlar aparıb, nəticədə sülh və dostluq barədə birgə bəyannamə imzalanıb.
Bundan əvvəl, iyulun 16-da Eritreya dövləti Efiopiyada öz diplomatik missiyasını yenidən açıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31