Cem Yılmazı məhkəməyə verdilər

Aktyor Cem Yılmaz Orxan Kural adlı həkim haqda sosial media hesabında paylaşım edib. 

Paylaşımın ardınca Kural Cemi məhkəməyə verib. Buna səbəb aktyorun izləyicilərinin Orxanı təhqir və tənqid etməsidir. Kural ərizədə Cemin paylaşımından sonra ələ salındığını, şərəf və ləyaqətinin alçaldıldığını qeyd edib. Orxan Yılmazdan ümumilikdə 10 min türk lirəsi (2500 AZN) təzminat tələb edib. 

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31