Sərkisyanın daha bir yaxın adamı həbs edilir
6 Sentyabr 2018 17:17 DünyaErmənistanın keçmiş diaspora naziri Qranuş Akopyan məsuliyyətə cəlb olunacaq.
Bu barədə Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan danışıb.
Məlumata görə, "Vətən-Diaspor" qeyri-hökumət təşkilatının fəaliyyətində 100 milyon dramlıq qanun pozuntusu aşkarlanıb. Həmin vəsaiti direktor dövlət vəsaiti hesabına kompensasiya edib.
"Qurumun qanun pozuntuları sırasında telekompaniyalardan birinə film çəkilişi üçün 75 milyon dram ayrılmasını göstərmək olar. Halbuki bu film İctimai televiziyanın daxili resursları hesabına çəkilib", - Sanasaryan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31