"Putin öz manqurtunu tapdı" – Şirinyandan şok açıqlama

Rusiya Ermənistanın dövlətçiliyi əleyhinə çalışa biləcək bir manqurt tapdı. Bu, Ermənistanda əks-inqilab törətməsi nəzərdə tutulan kriminal element Robert Köçəryandır.

Bu sözləri erməni politoloq Levon Şirinyan deyib.

"Tezliklə parlament seçkiləri keçirilməlidir. Çünki vaxt ötdükcə vəziyyət pisləşəcək və Rusiyanın əlində müdaxilə üçün daha çox bəhanələr olacaq. Putin Ermənistanla danışmaq üçün bəhanə axtarır və bu bəhanəni də ona Robert Köçəryan verdi. Köçəryan və ya Serj Sərkisyan onun vecinə də deyil. Onlar artıq çoxdandır ki, tarixin zibilliyindədirlər. Rusiyaya Paşinyanla münasibətlərini tənzimləmək üçün bəhanə lazımdır", - ekspert bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31