Yoqa müəllimləri üçün təkərli evcik
6 Sentyabr 2018 16:50 DünyaŞotlandiyanın "Echo Living" dizayner şirkətinin layihəsi əsasında təbiət qoynunda məxsusi olaraq yoqa müəllimləri üçün təkərli evcik tikilib. Burada yoqa ustalarının məşqləri üçün hər bir şərait yaradılıb.
Dəniz kənarında, eyni zamanda, gözəl təbiət qoynunda inşa olunan ev sadə və çox işıqlıdır. Qonaq və vanna otaqlarından ibarət evin işıqlandırılması günəş batareyalarının hesabına həyata keçirilir. Minimalizm stilində icra edilən və ekoloji tikinti materiallarından inşa olunan evdə artıq mebel olmadığından onun çox geniş olması təsəvvürü yaranır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31