Daha bir məşhur brend təbii xəzdən imtina etdi

Britaniyanın məşhur markası "Burberry" təbii xəzdən imtinadə edən brendlər arasına qatılıb. Daha əvvəl "Versace" və "Gucci" brendləridə bu addımı atmışdı.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə brendin icraçı direktoru Marko Qobetti açıqlama verib: "Dövrümüz lüks cəmiyyətə və ətrafa qarşı məsuliyyət daşımağı tələb edir. Bu, "Burberry"nin əsas anlayışı və uzunmüddətli uğurunun açarıdır".

Qeyd edək ki, "Burberry" ətraf mühitə zərər vurmamaq üçün satılmayan paltarları yandırmaqdan da imtina edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31