Fransa hökuməti qaçqın düşərgələrini ləğv edir

Fransız polisi ölkənin şimal hissəsindəki Grande-Synthe şəhərində 800 iraqlı qaçqının məskunlaşdığı çadır düşərgələrini ləğv edib.

Düşərgənin ləğv olunması ilə bağlı işlərə səhər saatlarından başlanıb. Fransız mətbuatının yaydığı məlumata görə, ləğvetmə əməliyyatında 200 polis, yanğınsöndürənlər və təcili yardım əməkdaşları iştirak edib.

Grande-Synthe şəhər polisindən bildiriblər ki, düşərgədən çıxarılan qaçqınlar araşdırıldıqdan sonra ölkədən deportasiya olunacaq.

Fransadan çıxarılan qaçqınlar qeyri-qanuni yolla Böyük Britaniyaya keçməyə çalışırlar. Fransanın müvafiq dövlət qurumları ölkə ərazisində qaçqın düşərgələrinin artmaması üçün tədbirləri gücləndirib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31