Ukraynada uçot dərəcəsi artırılıb

Ukrayna Mərkəzi Bankının (UBM) İdarə Heyəti uçot dərəcəsinin 17,5%-dən 18%-ə qaldırılması barədə qərar qəbul edib.

Bu barədə qurumun açıqlamasında qeyd olunub.

Yeni uçot dərəcəsi sabahdan qüvvəyə minəcək.

UMB hesab edir ki, 2019-cu ildə ölkə iqtisadiyyatında 2,5%, 2020-ci ildə isə 2,9% artım baş verəcək. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31