"Twitter" Trampın hesabını bağlaya bilər

"Twitter" qaydaları pozduğu təqdirdə ABŞ prezidentinin hesabının bağlanacağını açıqlayıb.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, "Twitter"in siyasət üzrə müdiri Vijaya Qadde bu barədə açıqlama verib.

O,"Twitter"in müəyyən qaydaları olduğunu, hamının bu qaydalara tabe olmasını qeyd edib.

Qadde istifadə şərtlərini pozduğu təqdirdə Trampın belə hesabının bağlanacağını deyib.

Qeyd edək ki, ABŞ prezidentinin "Twitter"dəki paylaşımları tez-tez tənqid edilir. Bəzi istifadəçilər isə Trampın hesabının bağlanmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31