"Facebook"dan 1.4 milyard dollarlıq investisiya
6 Sentyabr 2018 16:05 Dünya"Facebook" Asiyada ilk məlumat mərkəzini Sinqapurda yaradacağını açıqlayıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin İnfrastruktur Məlumat Mərkəzlərinin sədr müavini Tomas Furlonq açıqlama verib.
"Facebook" Sinqapurun qərbində Tanjong Klingdə yaradılacaq məlumat mərkəzi üçün 1,4 milyard dollar xərcləyəcək.
Mərkəz 170 min kvadratmetrlik sahədə tikiləcək və 2022-ci ildə istifadəyə veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31