Rusiya “İsgəndər”, T-90 və Su-35-ləri meydana çıxarır

"Şərq-2018" təlimində "İsgəndər" raket komplekslərindən, T-80, T-90 tanklarından və yeni gəmilərdən istifadə ediləcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov deyib. O, təlimə Su-34, Su-35 təyyarələrinin, Mi-28 və Mi-35 vertolyotlarının cəlb ediləcəyini də bildirib.

Gerasimov Rusiya Federasiyasının tarixdə ilk dəfə strateji manevrlar keçirəcəyini deyib:

"Bu, xarici hadisələrlə bağlı məsələ deyil. Sadəcə, bunun vaxtı çatıb və onun üçün də təlim keçirilir. Bunda sətiraltı heç nə yoxdur".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31