Merkel Suriya məsələsini Rusiya və Türkiyə prezidentləri ilə müzakirə edib
6 Sentyabr 2018 15:47 DünyaAlmaniya kansleri Angela Merkel Suriyanın İdlib əyalətindəki vəziyyəti Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.
Bu barədə A.Merkel RTL və N-TV telekanallarına müsabisində bildirib.
"Biz İdlibdə humanitar fəlakətə yol verməməliyik. Bu, ən başlıca vəzifəmizdir. Bu mövzunu Ərdoğan və Putinlə müzakirə etmişik", - kansler bildirib.
A.Merkelin fikrincə, İdlib əyalətində vəziyyət birmənalı deyil, çünki bir tərəfdən radikal qruplarla mübarizə aparılmalı, digər tərəfdən də dinc əhali qorunmalıdır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31