İƏT Paraqvayın Qüdslə bağlı qərarını dəstəklədi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Paraqvayın Qüdsdəki səfirliyini Təl-Əvivə köçürməsini məmnuniyyətlə qarşılayıb. 

İƏT-in məsələ ilə bağlı açıqlamasında bildirilir ki, Paraqvayın bu addımı beynəlxalq hüquq normalarına hörmətin sübutudur.

Məsələ ilə bağlı açıqlama verən Paraqvayın xarici işlər naziri Luis Alberto Castiglioni bildirib ki, Orta Şərqdə geniş, ədalətli və daimi bir sülhü təmin etmək üçün regional diplomatik səylərin artırılmasında iştirak etmək istəyirik.

Xatırladaq ki, Paraqvay ABŞ və Qvatemaladan sonra səfirliyini Təl-Əvivdən Qüdsə köçürmüşdü

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31