Merkel Almaniyada kadr çatışmazlığı probleminin olduğunu bildirib

Almaniya kansleri Angela Merkel bildirib ki, ölkə iqtisadiyyatının inkişafı üçün ən vacib problemlərdən biri kadr çatışmazlığıdır.

Bu barədə "Deutsche Welle" məlumat yayıb.

Məlumata görə, Frankfurt-maynda çıxış edən Merkel qeyd edib ki, ölkədə mütəxəssis çatışmazlığı var və bu iqtisadi inkişafın qarşısını alan amil ola bilər.

O, vurğulayıb ki, Almaniyada çatışmayan kadrların tapılması vacib məsələdir.

AFR hökuməti payızda əmək miqrasiyasına dəstək haqqında qanun layihəsinə baxmağı planlaşdırır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31