Ukraynada sifarişli qətllər törədən kriminal qrup zərərsizləşdirilib

Ukraynada sifarişli qətllər törədən "Beloe bratstvo" adlı kriminal qrup zərərsizləşdirilib.

Dnepropetrovsk vilayətində zərərsizləşdirilən kriminal qrup Ukraynanın bir çox bölgələrində sifarişli qətllər törətməklə, obyektlərin ələ keçirilməsi, şantaj və narkoticarətlə məşğul olub. Artıq qrupun 4 üzvü həbs edilib. Onlardan silah-sursat, narkotik vasitələr və külli miqdarda pul götürülüb.

İlkin araşdırma zamanı kriminal qrupla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlaqə olduğu aşkarlanıb.

Qrupun digər üzvlərinin həbs olunması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31